Onlayn ictimai-siyasi qəzet
“Təbii ki, radikal müxalifət, o cümlədən Salome Zurabişvili heç bir ciddi plan təklif edə bilməyəcək. O, dekabrın 29-da vəzifəsini tərk etməlidir”.
Musavat.com-un məlumatına görə, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze mətbuat konfransında deyib.
Baş nazir daha sonra kreslosundan əl çəkmək istəməyən keçmiş prezidentə xitabən bildirib:
“Görəcəyik ki, o, həyatını harada, dəmir barmaqlıqlar arxasında, yoxsa azadlıqda davam etdirəcək”.
Gürcüstanın Birinci Kanalı bildirir ki, baş nazirin sözlərinə görə, Salome Zurabişvilinin səlahiyyət müddətinin bitməsinə bir həftə qalıb, ona görə də bu həftə ərzində heç nə edə bilməyəcək:
“Düzdür, bəzi avropalı siyasətçilər və məmurlar deyirlər ki, dekabrın 29-na qədər daha çox şey baş verə bilər, amma mən sizi əmin edirəm ki, dekabrın 29-dan əvvəl xüsusi heç nə olmayacaq. “Dərin dövlət” Gürcüstanda qalib gəlməyəcək, radikal müxalifət qazana bilməz. Müvafiq olaraq, radikal müxalifət, o cümlədən Salome Zurabişvili tərəfindən ciddi plan təqdim edilməyəcək. 29-da o, istefa verməli olacaq. Düşünürəm ki, onun Cinayət Məcəlləsinin normalarını pozmamaq üçün kifayət qədər ehtiyatlılığı olacaq”.
Musavat.com
23 Dekabr 2024
22 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ