İnsanlara hürriyət, millətlərə istiqlal!

Kobaxidzedən Donald Tuska etiraz: Bu, şantajdır

Gürcüstanın baş naziri İrakli Kobaxidze Polşanın baş naziri Donald Tusku Tiflisə qarşı şantaj və təhdiddə ittiham edib.

Musavat.com xəbər verir ki, baş nazir polşalı həmkarının ölkə parlamentində Gürcüstan vətəndaşları üçün Avropa İttifaqı ölkələrinə vizasız rejimin ləğvi və ya məhdudlaşdırılmasını tələb edən çıxışını belə qiymətləndirib.

O, ölkəsinin Avropadakı narazılığa əhəmiyyət vermədiyini deyib:

"Dünən biz Polşa parlamentində baş nazir Donald Tuskun gürcü xalqı üçün real təhlükə ehtiva edən çıxışını eşitdik. Xalqı öz seçiminə və Gürcüstandakı parlament seçkilərinin nəticələri Avropada kimlərisə qane etmədiyinə görə bu şəkildə təhdid etmək olmaz.

Bu şantaj Gürcüstanda siyasi prosesləri hansısa başqa istiqamətdə inkişaf etdirmək üçündür. Bizə qarşı bir neçə ildir davam edən bu cür şantaj heç bir nəticə vermir".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR