İnsanlara hürriyət, millətlərə istiqlal!

Kobaxidze də "qara siyahıya" düşdü

Estoniya hökuməti Gürcüstanın 14 yüksək vəzifəli rəsmisinə, o cümlədən ölkənin baş naziri İrakli Kobaxidzeyə qarşı yeni sanksiyalar paketi tətbiq edib.

Musavat.comSputnik-Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna bildirib.

Onun sözlərinə görə, bu qərar Gürcüstanda insan hüquqlarının pozulması, demokratik prinsiplərin zəiflədilməsi və Avropa dəyərlərindən uzaqlaşma ilə bağlı narahatlıqlara cavab olaraq qəbul edilib.

Sanksiyalar siyahısına daxil edilən şəxslərə Estoniyaya giriş qadağan edilib, həmçinin onların Estoniya ərazisindəki maliyyə aktivlərinin dondurulması nəzərdə tutulur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR