Onlayn ictimai-siyasi qəzet
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə məhsuldar danışıqlar apardığını bildirib.
O, bu barədə "X" sosial şəbəkəsindəki paylaşımında yazıb.
“Gürcüstan-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 10-cu iclası çərçivəsində Prezident İlham Əliyevlə görüşmək şərəfinə nail oldum. Biz ikitərəfli və regional məsələlər üzrə məhsuldar dialoq apardıq və strateji tərəfdaşlığımızın əhəmiyyətini vurğuladıq", - İrakli Kobaxidze qeyd edib.
Kobaxidze bu görüşün iki ölkə arasında əməkdaşlığın daha da möhkəmlənməsinə və ümumi məqsədlərə nail olmağa yol açacağına əminliyini ifadə edib.
21 Aprel 2025
20 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ