İnsanlara hürriyət, millətlərə istiqlal!

Kliçkonun müavini həbs olundu

Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğunun məlumatına görə, Kiyev meri Vitali Kliçkonun müavini Petro Oleniç torpaq mənimsəmə ittihamı ilə həbs edilib.

Musavat.com xəbər verir ki, Korrupsiyaya Qarşı Mübarizə üzrə Ali Məhkəmənin qərarı ilə Oleniç iki ay müddətinə azadlıqdan məhrum olunub. Lakin məhkəmə onun 15 milyon qrivna (təxminən 361,6 min dollar) məbləğində girov müqabilində sərbəst buraxılmasına icazə verib. 

Screenshot_3.png (269 KB)

Petro Oleniç

Bu hadisə fonunda Kiyev meri Vitali Kliçko ölkə rəhbərliyinin ona qarşı təzyiq göstərdiyini iddia edib. O, Zelenskinin ofisinin ona qarşı siyasi mübarizə apardığını və hüquq-mühafizə orqanlarının Kiyevdə təzyiqləri artırdığını bildirib. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Fevral 2025

07 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR