İnsanlara hürriyət, millətlərə istiqlal!

“Klassik ailə modelimiz böhran içərisindədir” - nə etməli...

Boşanmaların qarşısının alınması ilə bağlı daha bir unikal təklif: “Subaylıq vergisi tətbiq edilsin”

Azərbaycanda 2023-cü ilin yanvarından avqusta qədər 14 min 544 boşanma faktı qeydə alınıb. Bu müddət ərzində 33.836 nikah qeydə alınıb.

Belə aydın olur ki, qurulan ailələrin 40 faizdən çoxu dağılır.

Qeyd edək ki, boşanmaların sayının bu qədər artması, nikahların sayının azalması artıq r, millət vəkilləri, qurum rəhbərləri tərəfindən də böyük narahatlıqla qarşılanır. 

Millət vəkili Sabir Rüstəmxanlı qeyd edib ki, Azərbaycan ailələrinin çox böyük problemləri var ki, geniş müzakirə olunmalıdır. Onlardan biri ailələrin tez dağılmasıdır. “Bizdə möhkəm ailə institutu olub, təəssüf ki, indi bu zəifləyir. Abort, qızların ana olmaq istəməməsi problemdir”. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova isə bildirib ki, boşanmaların bir çoxu ailədə iqtisadi vəziyyətlə bağlıdır. Komitə sədri onu da vurğulayıb ki, bu vəziyyət boşandıqdan sonra daha da kəskinləşir. “Buna görə də biz Aliment Fondunun yaradılması ilə bağlı təklifləri vermişik”, Bahar Muradova bildirib. 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı son dövrlərdə boşanmaların sayının artması problemini qaldırıb.

“Boşanmaların sayı artmaqdadır. Bunun səbəbləri araşdırılmalıdır. Sosial şəbəkələrdə paylaşılan statistikaları görürük. Boşanan insanlarla danışıqlar aparılırmı?”, - deyə deputat qeyd edib.

Bahar Muradova: “Ailədə də vitse-spikerəm” - MÜSAHİBƏ

Mütəxəssislər isə boşanmaların sayının azalması ilə bağlı müxtəlif təkliflər irəli sürməkdədir. Məsələn, psixoloq Ülviyyə Murtuzova boşanmaların qarşısının alınması üçün qanunvericilikdə cərimələr tətbiq edilməsini təklif edib: “Ailədə zorakılıq və xəyanət varsa, o ailə dağılmağa məhkumdur: Bu gün olmasa da, gələcəkdə onun fəsadları özünü bariz şəkildə göstərəcək. Buna görə də bəzi islam cəmiyyətləri kimi bizdə də yersiz səbəblərdən boşanmaları aradan qaldırmaq üçün cərimə sistemi tətbiq olunmalıdır”.

Sosioloq Üzeyir Şəfiyevin fikrincə isə boşanmaların qarşısını cərimə ilə almaq mümkün olsaydı, bəzi ölkələrdə boşanmaya təşəbbüs göstərən tərəf təzminat ödəyir, o zaman həmin ölkələrdə boşanmalar azalardı, amma biz görürük ki, təzminat ödənilməsi boşanmaların statiskasını azaltmır. Bu baxımdan boşanmaların qarşısını almaq üçün cərimə tətbiq olunması təklifi uğursuz təklifdir.

 

Fərhad Mehdiyev: “Dövlətin problemlərinə öz problemlərimiz kimi baxmalıyıq”  Pravda.az

Hüquqşünas, mediator Fərhad Mehdiyev isə təklif edib ki, boşanmalarda aliment və atanın uşaqlarla ünsiyyət hüququna dair məhkəmə praktikası dəyişilməlidir. Mediator qeyd edib ki, boşanmaların əsas səbəblərindən biri əvvəlki ailə anlayışının bugünkü sosial reallıqlara uyğun gəlməməsidir: “Atanın ailə başçısı və ailəni saxlayan əsas şəxs olduğu paradiqması bugünkü reallıqlara uyğun gəlmir. Boşanmalarda aliment və atanın uşaqlarla ünsiyyət hüququna dair məhkəmə praktikası dəyişilməsə, boşanmaların sayı artacaq, evlənmələrin sayı isə azalacaq”. 

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Ekspert qeyd edib ki, 20-ci əsrin ortalarına qədər Azərbaycanda ailələrin əksəriyyətinin bünövrəsi möhkəm olub:

“Həmin dövrlərdə ailə modeli dedikdə ata-ana, uşaqlar nəzərdə tutulurdu. Bəzən uşaqların sayı 10-a yaxın olurdu və 10 uşaqlı anaya ”qəhrəman ana" medalı verilirdi, buna uyğun güzəştlər edilirdi. 

Eləcə də 20-ci əsrin ortalarına qədər Azərbaycan əhalisinin böyük əksəriyyəti kənd yerlərində yaşayırdı. Kənddə yaşayan ailələr, nəsillər böyüdükcə özləri icmalara çevrilirdilər, qohumbazlıq, yerlibazlıq kimi ənənələr formalaşırdı. Lakin indi bu öz yerini tamamilə fərqli ailə modelinə verib. 

İndi isə məlum olur ki, rəsmi nikaha girənlərin 40-50 faizi boşanır. Bu o deməkdir ki, artıq klassik ailə modelimiz böhran içərisindədir. 

Hesab edirəm ki, bununla bağlı təcili dövlət proqramı yaradılmalı, xüsusi layihələr həyata keçirilməlidir. 

Bəzən görürük ki, qadın və yaxud uşaq hüquqları ilə bağlı tədbirlər keçirilir, amma özləri keçirib, özləri eşidirlər. Və yaxud kənd yerlərinə gedib, tədbirlər keçirir, bununla da iş bitmiş hesab edirlər. Aidiyyəti qurumlar real işlər görməlidirlər. 

Dəfələrlə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə bağlı tənqidi fikirlərimiz olub. Komitənin rəhbərliyində dəyişiklik olsa da, hələ də istənilən səviyyədə iş görüldüyünü müşahidə etmirik. Bu məsələ ilə məşğul olan həm Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, elm və təhsil nazirliyi, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işi istənilən səviyyədə deyil".

Ekspert qeyd edib ki, boşanmaların sayı getdikcə daha çox artacaq:

“Ailələr getdikcə dağılacaq və biz buna hazır olmalıyıq. Əsas problem ailələrin dağılması deyil, əsas  problem dağılan ailələrdəki uşaqların tərbiyələnməsi, onların taleyi, kədəri ilə bağlı problemlərdir”.

Bakirəlik kimi mənasız anlayışlar artıq öz aktuallığını itirib” - Aydın Xan  Əbilov | KONKRET

Aydın Xan Əbilov boşanmalara səbəb olan amillərdən də söz açıb:

“Uzun müddətli təcrübələr göstərir ki, ailədə bir neçə məsələ var ki, birbaşa nikahların pozulmasın gətirib çıxarır. 

Əsas səbəblərdən biri kənardan müdaxilədir. Müdaxilə edənlər də qaynana, qayınata, baldızlar və digər qohumlardır. 

İkincisi sosial şəbəkələrdir. Biz görürük ki, istər qadınlar, istərsə də kişilər sosial şəbəkə üzərindən özlərinə seksual dostlar tapırlar ki, bu da ailədə münaqişələrə, münasibətlərin korlanmasına və boşanmaya gətirib çıxarır. 

Digər məsələ seksual uyğunsuzluqdur. Bəzən az qala cinsi azlığın nümayəndəsi hesab edilə biləcək insanları güc-bəla ilə evləndirirlər.  Əvvəllər ailələrdə bu məsələ gizlədilirdisə, indi heç kim bunu gizlətmək istəmir və bu, nikahın pozulmasına qədər aparıb çıxarır. 

Daha əsas səbəblərdən biri sosial-iqtisadi problemlərdir. Əksər hallarda ailənin qurulmasın iştirak edən tərəflər sonradan kənara çıxır, gənc ailə ortada qalır, kişi və yaxud qadın işləmir, uşaq dünyaya gəldikdə tələb və ehtiyaclar daha da çoxalır, ailədə iqtisadi böhran yaşanır və iflasa uğrayır. 

Hesab edirəm ki, boşanmaların qarşısını almağın yollarından biri kütləvi informasiya vasitələrində, sosial mediada ailə dəyərlərimizin, milli menbtalitetimizin təbliğidir. 

Daha bir məsələ, boşanmış ailələrə subaylıq vergisinin tətbiq olunmasıdır. Sovet dövründə subaylıq vergisi var idi. Evlənib ayrılmış şəxslər cəzlandırılır və dövlətə vergi ödəyirdilər. Bəzən bu vergi böyük məbləğdə olurdu, hətta əmək haqqının 30 faizi qədər ola bilirdi ki, bu da insanları boşanmadan çəkindirirdi".


Hazırladı: Xalidə GƏRAY 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR