İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyev səmasında müəmmalı parıltı - kosmik cism deyirlər

Kiyev vilayətinin üstündəki səmada parlaq parıltı kosmik cismin düşməsi ilə əlaqələndirilə bilər.

Musavat.com RİA Novosti-yə istinadla xəbər verir ki, insident Ukraynanın Kosmik Agentliyinin Baş Xüsusi Nəzarət Mərkəzində (GTSSK) izah edilib.

“Partlayışın episentrinin təxmini yeri Kiyev vilayətindədir. Bu hadisə, ehtimal ki, kosmik cismin atmosferin sıx təbəqələrinə daxil olması ilə əlaqədardır, məlumat dəqiqləşdirilir”, - deyə mərkəzin açıqlamasında bildirilir.

GTsSK əlavə edib ki, insident aprelin 19-da Kiyev vaxtı ilə saat 21.57-də infrasəs vasitəsi ilə qeydə alınıb və bunu “yüksək enerjili akustik hadisə” adlandırıb.

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR