İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyev can hayında, Afrikanı Rusiya taxılı maraqlandırır

Rusiya prezidenti Vladimir Putin və Ukraynada sülh missiyasında iştirak edən Afrika ölkələrinin liderlərinin birgə bəyanatı Kremlin saytında dərc olunub.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, razılaşdırılmış sənəd öncə Cənubi Afrika Respublikasının (Cənubi Afrika) hakimiyyət orqanları tərəfindən dərc edilib.

Bəyanatda təşəbbüsün humanitar məqamları üzrə əldə edilən irəliləyiş vurğulanır, tərəflər Rusiya taxılının və gübrələrinin ixracı qarşısındakı maneələrin aradan qaldırılmasına çağırır.

Xatırladaq ki, Putin iyulun sonunda Sankt-Peterburqda keçirilən Rusiya-Afrika sammiti çərçivəsində Afrika sülh missiyasının üzvləri ilə görüşüb. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskovun daha sonra dediyi kimi, danışıqların yekunlarına əsasən, Rusiya tərəfi özünün bəyanat layihəsini hazırlayıb və o, Sankt-Peterburqdan yola düşməzdən əvvəl Cənubi Afrika nümayəndə heyətinə təhvil verilib.

Maraqlıdır ki, Rusiyanın şimal paytaxtına Ukrayna məsələsi üzrə toplşan afrikalı qonaqların əldə etdiyi razılaşma taxıl və gübrə məsələsi üzrə olub.

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR