İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyev boşaldılır, ruslar şəhəri VURA bilər – Natiq Cəfərli ilə “Canlı debat”  


“Ukraynada 4,5 milyondan çox insan işıqsız qalıb”. Bunu Ukrayna prezidenti Volodimir Zelenski xalqa videomüraciətində deyib. “Bu gün axşam saatlarında Kiyevdə və 6 regionda stabilləşdirici elektrik enerjisinin kəsilməsi davam edir. 4,5 milyondan çox istehlakçı işıqsız qalıb. Bu, həqiqətən də çətindir”, - o deyib.

Onun sözlərinə görə, həftə ərzində enerji sektorunda vəziyyətin mümkün variantları ilə bağlı rəsmi şəxslər, enerji şirkətləri və regional administrasiyaların nümayəndələri ilə bir sıra xüsusi görüşlər keçirilib: “Biz hər bir ssenarini ətraflı nəzərdən keçiririk və cavab tədbirləri hazırlayırıq”.

Hazırda Kiyev sakinlərinin şəhərdən təxliyəsi barədə danışmaq üçün heç bir əsas yoxdur, vəziyyət nəzarət altındadır. Bu sözləri Kiyev şəhər administrasiyasının təhlükəsizlik departamentinin direktoru Roman Tkaçuk deyib.

"Paytaxtda hər şey nəzarət altındadır və hələ ki, fövqəladə vəziyyətdən danışmaq üçün heç bir əsas yoxdur. Bəli, biz müxtəlif planlar hazırlayır, insanlara reaksiya verməyi və hazır olmağı öyrədirik. Bu, xaosun qarşısını almaq üçün çox vacib addımdır”, - Tkaçuk bildirib.

Qeyd edək ki, daha əvvəl “Nyu York Tayms” qəzeti Kiyevdə elektrik enerjisinin tamamilə kəsiləcəyi təqdirdə şəhər sakinlərinin tam təxliyəsinin planlaşdırıldığı barədə məlumat yaymışdı.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 12.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız ReAL Partiyasının icra katibi Natiq Cəfərlidir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

Facebook səhifəsinin ünvanı:


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR