Onlayn ictimai-siyasi qəzet
Ukrayna ABŞ, Fransa, Britaniya və Almaniya nümayəndələri ilə onlayn danışıqlar apararaq, Rusiyaya 30 günlük atəşkəs imzalaması üçün təzyiq tədbirlərini müzakirə edib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Kiyev Vaşinqtonun təklifi ilə razılaşır, lakin Moskvanı təxribatda ittiham edir.
Ukrayna Prezidenti Aparatının rəhbəri Andriy Yermak Telegram-da bildirib ki, amerikalı müşavirlər Stiv Uitkomb və Keyt Kelloq, fransalı diplomat Emmanuel Bonn, britaniyalı müşavir Conatan Pauel və Almaniya kanslerinin nümayəndəsi Günter Sauterlə danışıqlar aparılıb.
Onun sözlərinə görə, bütün iştirakçılar yekdil fikrə gəliblər: davamlı atəşkəs ədalətli sülhə doğru zəruri addımdır. Moskvanın təklifləri rədd edəcəyi və ya razılaşmaları pozacağı təqdirdə mümkün təzyiq rıçaqları da müzakirə olunub.
Kiyev ABŞ-nin 30 günlük atəşkəs təşəbbüsünü dəstəkləyib. Eyni zamanda, Ukrayna Kremli planı dəstəkləməkdən imtinada ittiham edib. Vladimir Putin alternativ variant - mayın 8-dən 11-dək müvəqqəti atəşkəs təklif edib.
Yermak bu addımı Moskvada bayram tədbirlərinin təhlükəsizliyini təmin etmək cəhdi kimi şərh edib: “Kremlin üç günlük atəşkəs təklifi sülhlə bağlı deyil, Moskvada paradın təhlükəsiz keçirilməsini təmin etməkdir.
Yermak deyib ki, bu, siyasi manipulyasiyadır.
Musavat.com
09 May 2025
08 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ