İnsanlara hürriyət, millətlərə istiqlal!

KİV: İordaniya İsrailə hücumun qarşısını alsa, İran bu ölkəni vura bilər

İran İordaniyanın hərəkətlərini izləyir və İslam Respublikasının İsrailə hücumunun qarşısını alsa, krallığı vura bilər.

“Report” xəbər verir ki, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusuna yaxın hesab edilən “Fars” agentliyi məlumat yayıb.

“İran silahlı qüvvələri İsrailə hücum zamanı İordaniyanın hərəkətlərini diqqətlə izləyir, əgər bu ölkə müdaxilə etməyə çalışsa, növbəti hədəfə çevriləcək”, - agentliyin bəyanatında deyilir.

“Fars” həmçinin iddia edib ki, İran hakimiyyəti hücumdan əvvəl İordaniya da daxil olmaqla qonşu ölkələrə "lazımi xəbərdarlıqlar" göndərib.

Qeyd edək ki, daha əvvəl İrana məxsus onlarla pilotsuz təyyarənin İraqın cənub əyalətləri üzərindən İsrail ərazisinə doğru uçduğu bildirilib. İrandan buraxılan döyüş başlıqlı pilotsuz təyyarələr İordaniya ərazisi üzərində də müşahidə edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR