İnsanlara hürriyət, millətlərə istiqlal!

Kissincerdən çağırış: "Avropanın təhlükəsizliyi üçün Ukraynanı NATO-ya qəbul edin"

ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer bildirib ki, Kiyevin Rusiya ilə ərazi mübahisələri üzrə müstəqil qərar qəbul etmək imkanlarını məhdudlaşdırmaq üçün Ukraynanın Şimali Atlantika Alyansına qoşulmasına icazə verilməlidir.

Musavat.com xəbər verir ki, məşhur siyasətçi bu barədə “The Economist” jurnalına müsahibəsində danışıb.

Kissincerin fikrincə, Qərb Ukraynaya o qədər çox silah göndərib ki, o, Avropanın “ən çox silahlanmış, strateji baxımdan ən təcrübəsiz rəhbərliyi olan ölkəsinə” çevriləcək. Sabiq dövlət katibi əmindir ki, xüsusi əməliyyatın nəticəsindən asılı olmayaraq, Rusiya Federasiyası Krım üzərində nəzarəti saxlayacaq, bu isə Kiyevin işinə yaramayacaq.

"Ukraynanın NATO-ya daxil olması ölkəni qorumağa və eyni zamanda onu məhdudlaşdırmağa imkan verəcək", - Kissincer deyib. Onun fikrincə, alyansda Kiyev milli səviyyədə ərazi iddiaları ilə bağlı müstəqil qərar qəbul edə bilməyəcək: "Bu, Rusiya və Ukrayna arasında qarşıdurmanın növbəti raundunun yaranmasının qarşısını alacaq".

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR