İnsanlara hürriyət, millətlərə istiqlal!

Kişinyov aeroportunda 2 nəfəri qətlə yetirən şəxs saxlanılıb - YENİLƏNİB

Kişineu hava limanında baş vermiş insidentlə bağlı bir neçə nəfərin ölümünə səbəb olmuş terror aktı maddəsi əsasında cinayət işi başlanılıb.

"Report" xəbər verir ki, bu barədə Moldova prokurorluğu məlumat yayıb.

***
Moldovanın paytaxtı Kişinyov şəhərinin hava limanında atəş açaraq iki nəfəri qətlə yetirən şəxs saxlanılıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Moldova Daxili İşlər Nazirliyi məlumat yayıb.

Onun yaralı halda tutulduğu deyilir.

***
Moldovanın paytaxtı Kişineuda hava limanında atışma olub.

"Report" xəbər verir ki, bu barədə Moldova Daxili İşlər Nazirliyi məlumat yayıb.

İlkin məlumatlara görə, ölkəyə girişi qadağan olunmuş xarici vətəndaş sərhədçiyə atəş açıb və binalardan birində barrikada qurub. Sərnişinlər binadan təxliyə edilib.

Problem aradan qaldırılana qədər Kişineu hava limanında uçuşlar dayandırılıb.

İnsident nəticəsində bir sərhədçi yaralanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR