İnsanlara hürriyət, millətlərə istiqlal!

"Kişilərlə çiyin - çiyinə..." - Deputat Azərbaycan qadınlarına elə sözlər dedi ki...

“Azərbaycan qadını həmişə ən yüksək dəyərə sahib olmuşdur. Qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı sayılır. Təsadüfi deyil ki, Azərbaycan qadınları hələ Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar”.

Bunu Musavat.com-a açıqlamasında deputat Vüqar İskəndərov deyib.

“Müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər. Biz bütün sahələrdə onların kişilərlə çiyin-çiyinə çalışdığını və qazanılan uğurlarda xüsusi rolunun olduğunu müşahidə edirik. Əlbəttə bu uzun illər qadınlarımızın cəmiyyətdə aktiv şəkildə fəaliyyətinin nəticəsidir. Müstəqilliyimizin ilk illərindən Ulu Öndər Heydər Əliyev ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırmış, onların hərtərəfli fəaliyyətinə geniş meydan verilməsi nəticəsində lider qadınlar yetişmişdir. Bu baxımdan biz bu gün istər dövlət orqanlarında, istər digər sahələrdə qadınlarımızın necə yüksək peşəkarlıqla fəaliyyət göstərdiyinin şahidi oluruq. Ötən dövr ərzində Azərbaycan qadını ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermiş elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları ilə o öz nüfuzunu ilbəil artırmağa müvəffəq olmuşdur. Vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qadınlarımızın nailiyyətləri məmnunluq hissi doğurur”.

Deputat qeyd edib ki, Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər.

“Bu gün Azərbaycan qadının beynəlxalq aləmdə nüfuzu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın timsalında daha da yüksəklərə qalxıb. “Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Ölkənin “Yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir”.

Əziz xanımlar, həmişə XANım olaraq qalasınız. Bayramınız mübarək!

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR