Onlayn ictimai-siyasi qəzet
Son dövrlərdə kişilər arasında ginekomastiya xəstəliyi yayılmaqdadır.
Əsasən uşaqlar və yeniyetmələrdə müşahidə olunan bu xəstəlik döş toxumasının anormal şəkildə böyüməsidir.
Bu hallar hansı səbəblərdən yarana bilər?
Plastik cərrah Elvin Əliyev ginekomastiya xəstəliyinin əsasən genetik faktorlarla əlaqəli olduğunu bildirib:
“Hazırkı dövrdə istifadə olunan qidalar, bəzi irsi xəstəliklər, qaraciyərlə əlaqəli problemlər, eləcə də məşq zamanı qəbul edilən stereoidlər, həmçinin hormonal preparatların qəbulu ginekomastiyaya səbəb ola bilər”.
Ginekomastiyanın qarşısını hansı üsullarla almaq mümkündür?
Plastik cərrah qeyd edib ki, həqiqi ginekomastiyada süd vəzilərinin toxumunda ölçü böyüyür, yalançı ginekomastiyada isə kökəlmə, piylənmə hesabına süd vəzisi böyük olur:
“Həqiqi ginekomastiya cərrahi əməliyyatla ləğv olunur, bunlar idmanla keçmir. Əgər piylənmə hesabınadırsa, bu zaman idmanla nəticə almaq olar”.
Ətraflı Baku TV-nin süjetində:
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ