İnsanlara hürriyət, millətlərə istiqlal!

Kişi keçmiş sevgilisinin videolarını xəstəxana kollektivinə göndərdi- HƏBS EDİLDİ

Mingəçevirdə kişi sevgi münasibətində olduğu qadının intim görüntülərini yayıb. Bununla ondan qisas almağı düşünüb. Sonra da ona bədən xəsarətləri yetirib.

Musavat.com xəbər verir ki, 36 yaşlı Malik ( ad şərtidir) birlikdə xəstəxanalardan birində mühafizə xidmətində çalışdığı Sevda (ad şərtidir) adlı xanımla sevgi münasibətində olub. Daha sonra onların arasındakı münasibətlər pozulub.

Buna səbəb Malikin həyat yoldaşının bu məsələdən xəbər tutması olub. Malikin xanımı onun çalışdığı xəstəxanada həkim işləyirmiş. Maliklə Sevdanın münasibətləri kollektiv arasında yayılıb. Bundan xəbər tutan Malikin həyat yoldaşı ondan boşanıb.

Malik əvvəlcə ailəsini itirib, sonra da Sevda ilə münasibətləri korlanıb və aralarında dava-dalaş başlayıb. Malik Sevdanın üz nahiyəsinə bıçaqla da xəsarət yetirib.

Həmçinin qisas məqsədi ilə Sevdanın illər əvvəl ona göndərdiyi qeyri-etik videoları çalışdıqları xəstəxananın kollektivi arasında yaymağa başlayıb. Bunun üçün Sevdanın onda olan şəxsiyyət vəsiqəsinin şəkli ilə onun adına mobil nömrə alıb. Video və fotoları da həmin nömrədən xəstəxanın işçilərinə göndərib.

Sevda bundan sonra polisə müraciət edib. Malik məsuliyyətə cəlb olunub.

Tərəflər dindirilən zaman məlum olub ki, Sevda ilə Malik arasında dini kəbin də kəsilibmiş. Bu münasibət 4-5 il davam edib. Malikin dediyinə görə Sevdadan ayrılmaq istəyib. Lakin Sevda onunla razılaşmayıb və dəfələrlə onun evinə də gəlib. Sonra da aralarında olan münasibət barədə kollektiv arasında məlumat yayıb. Həyat yoldaşı da bundan xəbər tutandan sonra ondan ayrılıb.

Sevda dindirilən zaman Malik tərəfindən dəfələrlə ölümlə hədələndiyini də söyləyib. Bununla bağlı polisə müraciət etsə də bu iddiası təsdiqini tapmayıb.

Məlum olub ki, bu söz-söhbətlər xəstəxanada yayıldıqdan sonra hər iki şəxs öz ərizəsi ilə işdən azad ediliblər.

Məhkəmənin hökmü ilə Malik şəxsi həyatın sirrini təşkil edən pornoqrafik xarakterli material hesab olunan video çəkiliş materiallarını yaymaqla zərərçəkmişin şəxsin həyatının toxunulmazlığını pozmaqda, ona məxsus pornoqrafik materialları qanunsuz olaraq yaymaqda və qəsdən sağlamlığa yüngül zərər vurmaqda təqsirli bilinib. Hökmə əsasən malik 1 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 May 2025

28 May 2025

BÜTÜN XƏBƏRLƏR