İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiselyov "Vaqner"in maliyyələşdirilməsini necə öyrəndiyini söylədi

“Rossiya 1” telekanalında yayımlanan “Vesti Nedeli” proqramının aparıcısı Dmitri Kiselyov “Vaqner” özəl hərbi şirkətinin maliyyələşdirilməsi barədə məlumatı necə aldığını deyib.

Musavat.com xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Onun sözlərinə görə, o, "Vaqner"in Yevgeni Priqojin tərəfindən maliyyələşdirilməsinə dair məlumatları açıqlamaq istəmədiyi mənbələrdən alıb.

"Mənim öz məlumat mənbələrim var", - aparıcı deyib.

Bazar günü Kiselyov Priqojin  "Vagner"in dövlət müqavilələri əsasında 858 milyard rubldan çox pul aldığını bildirib.

Onun sözlərinə görə, Yevgeni Priqojinə məxsus “Konkord” holdinqi 845 milyard rubl dəyərində xidmət göstərib.

Rusiya prezidenti Vladimir Putin bildirib ki, 2022-ci ilin mayından 2023-cü ilin mayına qədər Rusiya hökuməti şəxsi hərbi şirkətin saxlanması üçün 86 milyard rubl xərcləyib.

Prezidentin sözçüsü Dmitri Peskov hərbi şirkətin büdcədən maliyyələşdirilməsini şərh etməkdən imtina edib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR