İnsanlara hürriyət, millətlərə istiqlal!

Kimlər deputat oldu? Tənzilə Rüstəmxanlı, Polad Bülbüloğlu və Erkin Qədirli deputat olurlar

Musavat.com xəbər verir ki, "Oracle Advisory Group" (ABŞ) 2024-cü ilin 1 sentyabr tarixində keçirilən Milli Məclisə seçkilərin "exit poll" nəticələrini açıqlayıb.

Həmin nəticələrə görə, bəzi məşhur şəxslər ilk dəfə deputat seçiləcəklər.

Onlardan ikisini qeyd edək:

1. Tənzilə Rüstəmxanlı.

Qalmaqallı 70 saylı Neftçala seçki dairəsində 50.2%-lə birinci yerdədir;

2. Polad Bülbüloğlu. 

Sakit keçən seçki prosesində heç bir təbliğat işi aparmasa da, "exit poll" nəticələrinə görə, 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsində 58.9% səslə birinci yerdədir.

O cümlədən müxalifəti təmsil edən Erkin Qədirli də 16 saylı Yasamal ikinci seçki dairəsində 44.5%-lə birinci yerdədir. Erkin bəy seçki kampaniyası boyunca bir dəfə də olsun gündəmə gəlmədi və həmin dairədə seçki sakit keçdi.

Səslərin sayılması davam edir. Lakin təcrübədən çıxış edərək deyə bilərik ki, yekun adətən "exit poll" nəticələri ilə eyni olur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR