Onlayn ictimai-siyasi qəzet
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mayın 5-də klubun sosial media hesabındakı paylaşımın hansı anlama gəldiyi ilə bağlı sualı cavablandırıb.
Musavat.com konkret.az-a istinadən xəbər verir ki, heç bir əlavə informasiya verilmədən yalnız "Tezliklə" yazılmış həmin paylaşımı Qurban Qurbanovun komandadan ayrılacağı mənasında da yozanlar da vardı.
Qurban Qurbanov isə sözügedən paylaşımdan xəbərsiz olduğunu deyib:
"Kim paylaşıb onu? (gülür) Vallah, heç birindən məlumatım yoxdur. Hələ komanda ilə 1 il müqaviləm var. Digər xəbərlərlə bağlı da məlumatım yoxdur".
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ