İnsanlara hürriyət, millətlərə istiqlal!

Kılıçdaroğlunun ETİBARI QALMADI - "Xalq onsuz da Ərdoğan deyəcək..."

 

"Bizim prinsiplərimiz son dərəcə aydındır. Bizim Millət İttifaqından əsas fərqimiz budur. Onlar PKK və HDP ilə müzakirəyə qatılıblar. Düşünürəm ki, Kılıçdaroğlunun heç bir etibarı qalmayıb. Prinsipsizlik maraqlar əsasında birliyə çevrilib. Biz isə ölkənin, millətin maraqlarını düşünürük. Güclü bir Türkiyə hədəfləyirik".

Musavat.com xəbər verir ki,  bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib.

O bildirib ki, xalq onsuz da Rəcəb Tayyib Ərdoğan deyəcək və Kılıçdaroğlunun referenduma aparacağı bir şey qalmayıb.

"Onların ləyaqətinin sıfır olduğunu gördük. Onların heç bir baxışı, gələcək perspektivi yoxdur. Onların Türkiyəyə təklif edəcəkləri heç nə yoxdur" - Oktay deyib.

 

Türkiyənin vitse-prezidenti vurğulayıb ki, Kılıçdaroğlu hansı istiqamətə dönəcəyini özü də bilmir.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR