İnsanlara hürriyət, millətlərə istiqlal!

Kılıçdaroğludan ŞOK AÇIQLAMA - Ərdoğan bunu gözə ala bilməz

"Biz Avropa İttifaqına üzv olsaq və ya üzvlük prosesini irəli aparsaq, bunun, təbii ki, böyük töhfəsi olacaq, amma Ərdoğanın Aİ-yə daxil olmaq istədiyini düşünmürəm".

Musavat.com xəbər verir ki, bu sözləri Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, Türkiyənin Avropa İttifaqına üzv ola bilməsi üçün jurnalistlər, siyasətçilər, iş adamları, hökumətə qarşı olan şəxslər həbs edilməməlidir:

"Ərdoğan bunu gözə ala bilməz. Məhkəmə müstəqil olmalıdır, Ərdoğan isə müstəqil məhkəmə sistemi istəmir. İqtisadiyyat şəffaf olmalıdır, Ərdoğan istəmir. Media müstəqil olmalıdır, Ərdoğan medianı müstəqil buraxmır. Aİ-yə daxil olmaq üçün ölkədə plüralizm olmalıdır, Ərdoğan plüralizm bir yana, ən kiçik fikir ayrılığına da dözə bilməz. Bugünkü çıxışlarına aldanmayın, 2016-cı ildə Türkiyə tarixində Aİ-yə ən yaxın mövqedə olanda “Ey Aİ, sən yoluna, biz yolumuza” dedi. Sabah yenə eyni sözləri deyəcək".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR