İnsanlara hürriyət, millətlərə istiqlal!

Kılıçdaroğlu ilə bağlı ŞOK DETAL: "Son dərəcə şübhəlidir..."

Yunanıstanın “Ta Nea” qəzeti Türkiyədə prezidentliyə namizəd olan müxalifət lideri Kamal Kılıçdaroğlunun öhdəsindən gəlməli olduğu üç əsas məqamı yazıb. və “belə bir şey son dərəcə şübhəli” şərhini yazıb.

Musavat.com xəbər verir ki, Kılıçdaroğlunun seçicilərinin ilk turda əldə edilən nəticələrdən çox məyus olduğunu yazan yunan nəşri Ərdoğanın ilk turda cəmi 0,5 faiz səslə qələbəni əldən verdiyini vurğulayır.

Məqalədə qeyd olunub ki, müxalifət bu nəticədən sonra strategiyasını dəyişməyə hazırlaşır:

“Müxalifət düşərgəsindəki vəziyyətdən barıt qoxusu gəlir. “Altılı masa”da daxili problemlər yaranıb. Bu problemlərin həlli üçün toplantı keçiriləcək. Bütün daxili məsələlər müzakirə olunacaq ki, həll olunsun və yenidən vahid cəbhə yaradılsın”.

“Ta Nea” müxalifət partiyalarının liderlərinin Kılıçdaroğlunun səhvlərini üzünə vurduğunu yazıb: “Son on ildə işlədiyi idarəçiləri dəyişməməsi bu səhvlərin tipik bir nümunəsidir”.

Yunan nəşri Kılıçdaroğlunun iki cəbhədə problemlərlə üzləşəcəyini qeyd edib:

kilic.jpg (49 KB)

“Birinci cəbhə prezidentliyə namizədin seçiciləri arasındakı xəyal qırıqlığıdır. İkincisi, Kılıçdaroğlu Sinan Oğanın seçicilərinə xitab edəcək bir düstur tapmalıdır. Bu səbəbdən heyət yol xəritəsi müəyyən etmək üçün bir araya gələcək”. 

“Ta Nea” “Kılıçdaroğlu necə qalib gələ bilər?” sualına da cavab axtarıb və Kılıçdaroğluna qələbə qazandıracaq üç əsas məqamı açıqlayıb:

“1. Cumhuriyet Halk Partisi (CHP) lideri tərəfdarlarının əhval-ruhiyyəsini yüksəltməli olacaq.

2. CHP rəhbəri qərarsız kürd seçiciləri sandıq başına gətirməli olacaq.

3. Seçicilərin 5 faizini təşkil edən Sinan Oğanın sağçı tərəfdarlarının səsini qazanmalı olacaq. Ancaq belə bir şey son dərəcə şübhəlidir. Çünki çoxları Kılıçdaroğlunu solçu kimi görür”. 

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR