İnsanlara hürriyət, millətlərə istiqlal!

Kılıçdaroğlu hirsindən masaları yumruqlamağa başlayıb - ŞOK AÇIQLAMA

"Kılıçdaroğlu həm hirsindən, həm də məğlub olduğu üçün masaları yumruqlamağa başlayıb".

Musavat.com xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) Semih Yalçın deyib.

S. Yalçın CHP lideri Kamal Kılıçdaroğlunun 14 may - prezident seçkisi günü paylaşdığı "zəfər tvitləri"nə diqqət çəkib:

semih.jpg (33 KB)

"O, həmin gün axşam həm ictimaiyyət, həm də biabırçı alyansa səs verən kütləni “qalib gəldik”, “irəlidəyik” kimi yalan ifadələrlə aldadılmaqda davam etdi. Uğrayacaqları məğlubiyyəti görən CHP-lilər saxta bəhanələr uydurmağa çalışdılar, yalan, böhtan inkar siyasətini izlədilər. Mayın 14-ü axşam saatlarının ilk saatlarından biabırçı ittifaqın uduzacağı bəlli oldu. Mayın 28-də Kılıçdaroğlunun Rəcəb Tayyib Ərdoğana uduzacağı artıq bəlli olduğu üçün o, milli iradənin təzahürü qarşısında sakit qalmaq əvəzinə qəzəblənib və hiddətlənib. Kılıçdaroğlu həm hirsindən, həm də məğlubiyyətinə görə masaları yumruqlamağa başlayıb və başda partiya təşkilatı olmaqla, namizədliyini şübhə altına almağa başlayanları təhdid etməyi üstün tutub".

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR