Onlayn ictimai-siyasi qəzet
“2022-ci ildə qlobal miqyasda kiberhücumlar səbəbindən dəyən illik ziyan 6 trilyon, aylıq 500 mlrd., həftəlik 115.4 mlrd., saatda 684.9 mln., dəqiqədə 11.4 mln., saniyədə 190 000 ABŞ dolları dəyərində qiymətləndirilir. 2023-cü ildə qlobal miqyasda dəyən ziyanın nəticələri isə rəsmi olaraq açıqlanmayıb”.
Musavat.com xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini Allahverən İsmayılov “Rəqəmsal cinayət prosesi: Müasir Çağırışlar və Hədəflər” mövzusunda çıxışı zamanı deyib.
O bildirib ki, “Checkpoint” (Çekpoint) şirkətinin hesabatına əsasən, 2023-cü ildə təhsil və tədqiqat müəssisələri (institutlar) ən çox hədəflənən sektor olaraq qalıb, bununla yanaşı, səhiyyə sektoruna hücumlar əvvəlki illə müqayisədə 74% artıb:
““We are social (Vi ar soşl) 2023” hesabatına əsasən, 8.1 mlrd. yer kürəsi əhalisinin 57.2%-i rəqəmsal cihazlara qoşularaq onlayn qaydada xidmət alır, onlardan 5.44 mlrd. insan, yəni 68 %-i yalnız 1 mobil cihaz daşıyıcısıdır, 4.76 mlrd., 59.4%-i isə müxtəlif sosial media hesablarından aktiv istifadə edir”.
Allahverən İsmayılov onu da əlavə edib ki, aktiv internet istifadəçilərinin 96.2%-i bir neçə telefon istifadə etməklə yanaşı, 58%-i laptop və ya masaüstü kompüter, 33.7%-i tablet, 29.9%-i ağıllı saat, 16.5%-i ağıllı TV, 16.4%-i ağıllı ev cihazları, 5.6% virtual reallıq cihazlarından istifadə edir.
Afaq Mirayiq,
Musavat.com
04 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ