Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, müğənni Kərim Abasov məclislərin birində fonoqramla ifa etdiyi üçün döyülüb.
Hadisə bir neçə gün əvvəl baş verib. Məsələ ilə bağlı ifaçı heç bir açıqlama verməyib.
Bu gün isə Kərim fonoqram oxuması iddialarına cavab olaraq video yayımlayıb. Görüntüdə Kərimin canlı oxuması əks olunub.
Qeyd edək ki, DİN-in Mətbuat Xidməti məsələ ilə bağlı açıqlama verib. Bildirilib ki, sentyabrın 10-da axşam saatlarında paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq saraylarından birində baş vermiş insidentlə bağlı qarşılıqlı şikayətlər əsasında ərazi polis orqanında təhqiqat araşdırması başlanılıb. Tərəflərin ərizə və izahatları alınıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. (Axşam.az)
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ