Onlayn ictimai-siyasi qəzet
        Rusiyanın Kerç boğazında, “Kavkaz” limanında buksir gəmisi yanıb.
Musavat.com xəbər verir ki, Rusiya Cənub Nəqliyyat Prokurorluğunun məlumatına görə, hadisə 2 noyabr 2025-ci il tarixində baş verib.
“Buksirdə baş verən yanğınla bağlı Novorossiysk Nəqliyyat Prokurorluğu tərəfindən gəmiçilik təhlükəsizliyi qanunvericiliyinə əməl olunmasının yoxlanılması üçün araşdırma başladılıb,” – qurumun açıqlamasında qeyd olunur.
Yanğının səbəbləri araşdırılır, xəsarət alanlar barədə məlumat verilməyib.
Musavat.com
04 Noyabr 2025
03 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ