İnsanlara hürriyət, millətlərə istiqlal!

Kerç boğazı ilə bağlı HƏYƏCAN TƏBİLİ: Ekoloji fəlakət YAŞANIR - VİDEO

Kerç Boğazında batan tankerlərdən axan mazut artıq 40 km sahil xəttini çirkləndirib.

Musavat.com UNİAN-a istinadən xəbər verir ki, bazar günü “Volqoneft-212” və “Volqoneft-239” adlı Rusiya tankerlərinin batması nəticəsində minlərlə ton neft suya sızıb.

Bu hadisə bölgədə ciddi ekoloji fəlakətə səbəb olub.

Hadisə nəticəsində mazutun geniş sahələrə yayılması, dəniz ekosistemini məhv etmə riski və sahil boyu çirklənmənin artması mütəxəssisləri narahat edir.

Ekoloji təşkilatlar və xilasedicilər təcili tədbirlər görsələr də, vəziyyətin nəzarət altına alınması üçün zaman lazım ola bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR