İnsanlara hürriyət, millətlərə istiqlal!

Keniyada təriqət liderinin əmri ilə ac qalan xeyli sayda insan ölüb, 21 cəsəd tapılıb

Keniya polisi sahilyanı Malindi şəhəri yaxınlığında öz tərəfdarlarına aclıqdan ölməyi əmr etdiyi iddia edilən bir dini liderlə bağlı araşdırma apararkən 21 cəsəd aşkar edib.

APA TRT Haber-ə istinadən xəbər verir ki, eksqumasiya edilənlər arasında ölü uşaqlar da var və polis indən sonra daha çox cəsədin tapıla biləcəyini bildirib.

Yeni qəbirlər keçən həftə Beynəlxalq Xoş Xəbər Kilsəsinin 15 üzvünün xilas edildiyi zaman Şakahola meşəsində tapılıb.

Təriqətin təbliğçisi Paul Mackenzie Nthenge məhkəmə veriləcək, hazırda həbs edilib.

Dövlət kanalı olan KBC Nthengeni "təriqət lideri" kimi təqdim edib və indiyə qədər 58 məzarın müəyyən edildiyini bildirib.

Qəbirlərdən birində eyni ailənin 5 üzvünün cəsədinin tapıldığı güman edilir.

Mackenzie hər hansı bir qanun pozuntusunu rədd etdi, lakin onun zaminə buraxılması rədd edildi.

O, 2019-cu ildən kilsəsini bağladığını iddia edib.

İddialara görə, o, davamçılarına “İsa ilə görüşmək” üçün ac qalmalarını söyləyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR