İnsanlara hürriyət, millətlərə istiqlal!

Keçmiş baş nazir: "Paris susmalıdır"

Malinin keçmiş baş naziri Musa Mara Nigerdəki çevriliş fonunda Fransanın rolunu şərh edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Musa Mara Parisin susmalı olduğunu deyib. "Özü də mümkün qədər uzun müddət susmalıdır, dedikləri hər söz onlara qarşı işlədilir. Amma bu, fransızların xasiyyətidir, təəssüf ki, susmağı bilmirlər”, - deyə o bildirib.

Bundan əlavə, siyasətçi Fransanı "günah keçisi" adlandırıb. O deyib ki, digər ölkələrin liderləri diqqəti daxili problemlərdən yayındırmaq üçün fransızların səhvlərinə və davranışlarına diqqət yetirirlər.

Qeyd edək ki, iyulun 27-nə keçən gecə Nigeriya hərbçiləri prezident Mohamed Bazumun vəzifəsindən uzaqlaşdırıldığını və bütün səlahiyyətlərin "Vətənin xilası" adlandırdıqları şurasına verildiyini, eləcə də sərhədlərin bağlandığını, konstitusiyanın fəaliyyətinin dayandırıldığını və qadağanın qoyulduğunu bəyan ediblər. 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR