Onlayn ictimai-siyasi qəzet
Dünyada bir çox ölkələr kazinoların iqtisadiyyata verdiyi töhfəni nəzərə alaraq bu sahəni inkişaf etdirməyə çalışırlar.
Musavat.com xəbər verir ki, xüsusilə qonşu Gürcüstanda qumar biznesi turizmin əsas dayaqlarından birinə çevrilib.
Məlumatlara görə, Gürcüstanda fəaliyyət göstərən kazinolar minlərlə insana iş yeri təmin etməklə yanaşı, dövlət büdcəsinə vergi şəklində ciddi gəlir gətirir. Bu sahəyə xarici sərmayə axını da artmaqdadır. Ekspertlər bildirirlər ki, kazinolar turizmi stimullaşdırmaqla hotellərin, restoranların və nəqliyyat sektorunun inkişafına da səbəb olur.
Dünya təcrübəsi göstərir ki, düzgün tənzimləmə ilə kazinolar həm yerli iqtisadiyyata, həm də turizmin inkişafına əhəmiyyətli töhfələr verə bilər.
Musavat.com Xəzər TV-nin bu mövzuda hazırladığı reportajı təqdim edir:
Musavat.com
04 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ