Onlayn ictimai-siyasi qəzet
Rusiyanın “Red Wings” aviaşirkətinin Daşkənd-Kazan marşrutu üzrə RWZ1512 nömrəli reysini yerinə yetirən təyyarəsi pilotsuz uçuş aparatlarının (PUA) hücum təhlükəsinə görə təyinat məntəqəsində eniş edə bilməyib.
Report xəbər verir ki, Daşkənd vaxtı ilə saat 10:25-ə olan məlumata görə, təyyarə Samara istiqamətində hərəkət edib.
"Kazanda bir neçə partlayış səsi eşidilib. Pilotsuz təyyarələrin müəssisələrdən birinə hücum etməyə cəhd göstərdiyi bildirilir. Daha sonra Tatarıstan hakimiyyəti PUA hücumunun uğurla dəf edildiyini açıqlayıb. Xəsarət alanlar və dağıntılar qeydə alınmayıb", - məlumatda bildirilib.
Bu və gündəmdəki digər xəbərləri bu gün saat 13.05-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız siyasətçi Nemət Pənahlıdır. Müzakirədə tasmaşaçılarımız da iştirak edə bilər.
https://www.youtube.com/@musavattv
https://www.facebook.com/tvmusavat
20 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ