İnsanlara hürriyət, millətlərə istiqlal!

Kataloniya separatçılarına amnistiya vədi etiraz doğurdu

İspaniya və Kataloniya bayraqları dalğalandıran on minlərlə insan bazar günü Barselonada yürüş keçirərək, Kataloniyanı 2017-ci ildə İspaniyadan ayırmaq istəyən, hazırda həbsdə olan separatçı liderlərlə bağlı verilməsi gözlənilən amnistiya aktına etiraz ediblər.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, buna səbəb İspaniya sosialistlərinin hökumət qurmaq üçün separatçılara dair amnistiya aktı xüsusunda düşünəcəklərini vəd etmələridir.

“Societat Civil Catalana” anti-separatçı təşkilat tərəfindən təşkil edilən etiraz İspaniyanın sosialist baş naziri vəzifəsini icra edən, yenidən mandat almaq üçün digər siyasi partiyaların dəstəyinə ehtiyacı olan Pedro Sançesin hökumət başçılığına namizəd göstərilsindən beş gün sonra keçirilib.

Pedro Sançesə parlamentdəki səslər müqabilində amnistiya tələb edən Kataloniya separatçı partiyaları “Junts” və “Esquerra Republicana de Catalunya”nın dəstəyi lazımdır.

Polisin dediyinə görə, 50 min etirazçının iştirak etdiyi yürüşdə müxalifətdəki mühafizəkar “Xalq” partiyasının lideri Alberto Nunez Feijoo və ifrat sağçı “Voks” partiyasının lideri Santyaqo Abaskal iştirak edib.

"Amnistiya məhkəmə sistemini sarsıdacaq. Amnistiya hökuməti demokratiya və qanunun aliliyindən üstün tutacaq", - aksiya iştirakçısı, 55 yaşlı Xavyer Tapia deyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR