İnsanlara hürriyət, millətlərə istiqlal!

Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürməsi hallarının qarşısının almaqda davam edirir. Nəzarət tədbirləri zamanı indiyədək 314 pərakəndə ticarət və iaşə obyektində nağdsız ödənişlərin qəbulundan imtina halları müəyyənləşdirilib, 50-dən çox sahibkarlıq subyektində POS-terminalların quraşdırılmadığı aşkarlanıb.

Həmin sahibkarlıq subyektləri ilə bağlı protokollar tərtib olunub və maliyyə sanksiyalarının tətbiqi barədə qərarlar da qəbul edilib.

Mövzu ilə bağlı "Yeni Sabah"a danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, əslində, bu işdə vergi orqanının özü qanuni hərəkət etmir:

“Bu vergidən yayınma sayılır və ticarət obyektləri buna görə cərimələnir. Qanunvericiliyə əsasən, bu tip hüquqi şəxslərə müxtəlif sanksiyalar tətbiq edilir. Amma mən başqa bir nüansa diqqət yetirmək istəyirəm.

Vergi orqanı özü bir çox hallarda qanuni hərəkət etmir. Kartdan-karta ödəniş o deməkdir ki, müştəri hansısa mağazaya gəlir, nəsə alır və ödəniş kassa aparatına deyil, şəxsi karta köçürülür. Əslində, fərqi yoxdur, müştəri pulu çıxarıb sahibkara nağd şəkildə də verə bilər və bundan vergi qurumunun xəbəri də olmayacaq. Belə çıxır ki, bu məlumatı Vergi Xidmətinə qanunsuz şəkildə banklar verir”.

Ə. Həsənov qeyd edib ki, banklar vətəndaşlarla dair məlumatları qanunsuz formada Vergi Xidmətinə ötürür:

“Vergi orqanının vətəndaşların şəxsi kartları, hesabları haqqında məlumatları banklardan istəməyə ixtiyarı yoxdur. Amma son nəticədə belə çıxır ki, hansısa banklar bu məlumatları Vergi Xidmətinə ötürürlər. Bunun əsasında da sahibkarlar cərimələnir. Bu qanunsuzluqdur!

Sahibkarın vergidən yayınıb-yayınmaması başqa söhbətdir, amma vergi orqanı da işini qanunauyğun şəkildə qurmalıdır. Vergi Xidməti yalnız bir halda cərimə tətbiq edə bilər ki, xidmətə görə vətəndaşa ödəniş qəbzi, yaxud çeki verilməyib.

Əsas məsələ odur ki, bankların bu kimi əməlləri vətəndaşların onlara olan etibarını itirməsi ilə nəticələnəcək. Bu həm də kartlı ödəniş praktikasını da zəiflədəcək”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR