İnsanlara hürriyət, millətlərə istiqlal!

Karapetyandan SAVAŞ ÇAĞIRIŞI 

“Ermənistanın Müstəqillik Bəyannaməsi Ermənistan və Qarabağ ermənilərinin (mətndə uydurma bir ad göstərilib - red.) müdafiəsinə zəmanət verir. Bu sənəd Ermənistan SSR Ali Sovetinin və “Dağlıq Qarabağ Milli Şurasının” 1 dekabr 1989-cu il tarixli “Ermənistan SSR-nin və Dağlıq Qarabağın birləşdirilməsi haqqında” birgə Qərarına əsaslanıb”.

Musavat.com xəbər verir ki, bu sözlər “Ümumerməni Cəbhəsi” hərəkatının lideri Arşak Karapetyan tərəfindən səslənib.

Erməni revanşist bundan sonra daha da irəli gedərək savaş çağırışı edib.

“Bu gün Ermənistanın təhlükəsizliyini və sərhədlərinin toxunulmazlığını təmin etmək, Qarabağın erməni statusunu qaytarmaq və xalqın arzularını yerinə yetirmək vəzifəsi qarşısındayıq”, - deyə Karapetyan bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR