İnsanlara hürriyət, millətlərə istiqlal!

“Karabakh Telecom”un baza stansiyaları vurulmalıdır – MÜHÜM AÇIQLAMA

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün fikrincə, Azərbaycan Qarabağda qanunsuz fəaliyyət göstərən “Karabakh Telecom”un baza stansiyalarını sıradan çıxarmalıdır:

“Xatırlayıram ki, “Starlink” peykindən hərbi məqsədlər üçün istifadənin qarşısını almaq məqsədilə İlon Mask Krım üzərində peyklərini deaktiv etmişdi. Buna görə hələ də onun başı qalmaqaldadır, hətta ABŞ Senatı indi də bunu müzakirə edir. Amma İkinci Qarabağ savaşında “Artsax”da 20 il qanunsuz fəaliyyət göstərən “Karabakh Telecom”dan hərbi məqsədlər üçün açıq-aşkar istifadə edilirdi.

Hətta bunu tam reallaşdırmaq üçün o zaman Arutyunyan bu mobil operatoru tam olaraq sahiblərinin əlindən zorla almış və özəlləşdirmişdi.

İndi sual olunur ki, antiterror əməliyyatları çərçivəsində “Karabakh Telecom”un baza stansiyaları vurula bilərmi?

Düşünürəm ki, qeyri-qanuni silahlı qruplaşmalar bu mobil rabitə və internet infrastrukturundan qeyri-mülki məqsədlər üçün, hərbi və diversiya məqsədləri üçün açıq-aşkar istifadə etdiklərinə görə, ümumiyyətlə, bu operator beynəlxalq normalara zidd fəaliyyət göstərdiyinə görə onun fəaliyyəti məhdudlaşdırıla bilər və bu, doğru olardı.

Fikrimcə, bu mobil operatorun həm baza stansiyalarının sıradan çıxarılması, yaxud da radioelektron vasitələrlə bu infrastrukturdan hərbi məqsədlə istifadənin indiki anda qarşısının alınması nəinki məntiqli olardı, hətta bu çox vacib və dərhal icra edilməli bir məsələdir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR