İnsanlara hürriyət, millətlərə istiqlal!

Kara-Murzanın həyat yoldaşı intiqam alacağına söz verdi

“Mən Volodyanın işi ilə məşğul olmağa davam edəcəyəm”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu sözlər Rusiyada “vətənə xəyanət” maddəsi ilə suçlanaraq 25 il həbs cəzasına məhkum edilən müxalif siyasətçi Vladimir Kara-Murzanın xanımı Yevgeniya Kara-Murza tərəfindən səslənib.

Qeyd edək ki, xanım Kara-Murza “30 oktyabr” adlı siyasi məhbuslara yardım fonduna rəhbərlik edir. Fond rusiyalı siyasi məhbuslara və onların ailələrinə dəstək verir.

Yevgeniya Kara-Murza hazırda əsas işinin əri haqqında sərt hökm çıxaran hakim Sergey Podopriqorovun bütün mümkün aktivlərinin müsadirə edilməsindən ibarət olduğunu söyləyib.

Xatırladaq ki, bu hakim hələ 2013-cü ildə, auditor Sergey Maqnitskini həbs etdiyinə görə ABŞ tərəfindən sanksiyaya məruz qalmışdı.

“Mən ümid edirəm ki, Avropa İttifaqında da Podopriqorova qarşı sanksiyalar tətbiq ediləcək. Bu adamın Avropada hər şeydən məhrum qalması üçün əlimdən gələni edəcəyəm”, - deyə xanım Kara Murza bildirib.

Yevgeniya bir ildən çoxdur əri ilə danışmır (o, uşaqları ilə ABŞ-dadır). “Hökmün çıxarılmasından iki gün əvvəl o, uşaqlarla telefon danışığı tələbinə ikinci dəfə rəsmi rədd cavabı aldı... görünür, hakimiyyət dövlət sirlərinin sızmasından qorxur”, – deyə müxalif siyasətçinin həyat yoldaşı söyləyib.

“Vladimir iki dəfə zəhərlənməyə məruz qaldığı üçün ona xüsusi diaqnoz qoyulub. Bu onun iflic olmasına gəririb çıxara bilər. Bu diaqnoz Rusiya qanunlarına görə insanların dəmir barmaqlıqlar arxasında saxlanıla bilməyəcəyi xəstəliklər siyahısındadır. Lakin bütün bunlar indiki Rusiya hakimiyyətini narahat etmir”, - deyə xanım Kara-Murza vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR