Onlayn ictimai-siyasi qəzet
Kanadanın Edmonton şəhərində keçmiş hokkeyçi, bir zamanlar “buz centlmeni” adlandırılan Ueyn Qretzkinin heykəlinə nəcis tökülüb.
Musavat.com cəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, vandallar Edmonton Oilers Milli Hokkey Liqasının (NHL) klubunun “Rogers Place” stadionunun qarşısında yerləşən abidəni korlayıblar. Qeyd olunur ki, buna səbəb kanadalıların Qretskinin ABŞ prezidenti Donald Trampla tanışlığından və andiçmə mərasimində iştirakından narazılığı ola bilər.
Bundan əvvəl Tramp Kanadanın ilhaqını və onu ABŞ-nin 51-ci ştatına çevrilməyə çağırmışdı. O, Vaşinqtonun "orduya pul xərcləməyən" Kanadanı müdafiə etməyə davam edə bilməyəcəyini vurğulayırdı.
1978-1988-ci illərdə Gretski NHL-də Edmonton Oilers-i təmsil edib. İdmançı adi mövsümdə vurduğu qollara görə liqa rekorduna sahibdir. O, 4 dəfə Stenli kubokunu qazanıb.
Bir zamanlar bütün kanadalıların fəxr etdiyi şəxsə qarşı yol verilən hərəkət ibrətamizdir və onu göstərir ki, xalqlar üçün müstəqillik hər şeydən üstündür.
Musavat.com
23 Mart 2025
22 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ