Onlayn ictimai-siyasi qəzet
Kanada hökuməti Qəzza zolağına ərzaq və digər humanitar yardımların alınması üçün BMT-yə 100 milyon Kanada dolları (72 milyon ABŞ dolları) verəcək.
Musavat.com xəbər verir ki, məlumatı ölkənin baş naziri Mark Karni sosial hesabında açıqlayıb.
O, qeyd edib ki, Kanada beynəlxalq hüququ müdafiə edir: “Bu yaxınlarda BMT-yə və digər etibarlı beynəlxalq tərəfdaşlara Qəzzaya ərzaq və humanitar yardım göstərməkdə dəstək olmaq üçün 100 milyon dollar ayırıb".
Karni həmçinin vurğulayıb ki, “İsrail tərəfindən ərzaq siyasi alət kimi istifadə edilə bilməz” və fələstinlilər radikal HƏMAS təşkilatının hərəkətlərinə görə məsuliyyət daşımamalıdırlar. Bununla əlaqədar olaraq o, BMT strukturları vasitəsilə anklava humanitar yardımların çatdırılmasını bərpa etməyə çağırıb.
Xatırladaq ki, BMT-nin Ümumdünya Ərzaq Proqramı aprelin 24-də elan edib ki, sərhəd keçid məntəqələri bağlı qaldığı üçün Qəzza zolağında ərzaq ehtiyatları tükənib. Təşkilat aprelin 25-də Fələstin anklavında “isti yemək mərkəzlərinə son ərzaq ehtiyatlarını çatdırıb”.
Musavat.com
26 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ