Onlayn ictimai-siyasi qəzet
Kanada Amerikanın 155 mm-lik HIMARS haubitsalarının alınmasından imtina etmək qərarına gəlib.
Musavat.com xəbər verir ki, məlumatı Ottawa Citizen qəzeti yayıb.
Bildirilir ki, Kanada Cənubi Koreyanın Hanwha Group korporasiyasından HIMARSa bənzər K9 Thunder almağı planlaşdırır.
Məlumata görə, Kanada bu qərarı ABŞ prezidenti Donald Trampın Kanadanın Birləşmiş Ştatlara qoşulmasının zərurəti ilə bağlı bəyanatlarının Ottavanın suverenliyinə təhdid yaratması, həmçinin HIMARS-ın çatdırılma tarixlərinin qeyri-müəyyənliyi səbəbindən verib. Ümumilikdə, Kanada Müdafiə Nazirliyi 26 haubitsa, eləcə də onlar üçün uzaq mənzilli raketlər, minaatan və sursatların alınmasına 4,3 milyard dollar xərcləmək niyyətindədir. Həmçinin Ontariodakı Petavava hərbi bazasının modernləşdirilməsi planlaşdırılır.
Hanwha Global Defence şirkətinin baş direktoru Maykl Kulter nəşrə Cənubi Koreya silahlarının alınması ilə bağlı Ottava ilə danışıqların davam etdiyini təsdiqləyib və qeyd edib ki, müqavilə imzalanacağı təqdirdə K9 Thunder bir il ərzində Kanadaya təhvil veriləcək.
Hanwha sözçüsü bildirib ki, Cənubi Koreya korporasiyası artıq Kanada şirkətləri ilə 10 əməkdaşlıq müqaviləsi bağlayıb. Mayın 28 və 29-da yeni razılaşmaların elan ediləcəyi gözlənilir.
Kanada hökumətinin ölkə donanması üçün 12 sualtı qayıq almaq zərurəti ilə bağlı açıqlamasına cavab olaraq Hanwha Ottavaya Dosan An Çanq-ho (KSS-III) sualtı qayıqları üçün müqavilə təklif edib. 2026-cı ildə imzalansa, Kanada sualtı qayıqları 2032-ci ildə alacaq. Qəzetin yazdığına görə, Kanadada texniki xidmət mərkəzləri yaradılacaq və Amerika silah sistemlərindən fərqli olaraq, Seul Kanada ordusuna gəmidəki texnologiyaya tam giriş imkanı verəcək.
Musavat.com
30 May 2025
29 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ