İnsanlara hürriyət, millətlərə istiqlal!

Kamran Əliyev: Keçən il 33,4 milyon manatdan artıq məbləğdə əmlak üzərinə həbs qoyulub

Ötən il prokurorluq orqanları 75,3 milyon manatdan artıq məbləğdə ziyanı ödətdirib, 33,4 milyon manatdan artıq məbləğdə əmlak üzərinə həbs qoyub.

"Report" xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev qurumun geniş kollegiya iclasında çıxışı zamanı deyib.

Baş prokuror bildirib ki, keçən il prokurorluq orqanları 75 milyon 300 min 895 manat məbləğində ziyanın ödənilməsini təmin edib.

Həmçinin əlavə edilib ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən icraatına xitam verilmiş cinayət işləri üzrə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 3 milyon 453 min 680 manat məbləğində pul vəsaiti ödənilib, 33 milyon 432 min 362 manat məbləğində əmlak üzərinə isə həbs qoyulub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Yanvar 2025

27 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR