Onlayn ictimai-siyasi qəzet
Qusar Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin baş direktoru Kamil Hacıyev işdən çıxarılıb.
Musavat.com xəbər verir ki, Kamil Hacıyev işdə yol verdiyi çoxsaylı nöqsanlara görə vəzifəsini itirib.
Xatırladaq ki, 3 gün əvvəl Kamil Hacıyevin 350 manat cərimə edilməsi barədə xəbər vermişdik. Buna səbəb Qusar rayonu Həzrə kənd həkim məntəqəsində keçirilən planlı yoxlama zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulmasının aşkar edilməsi olmuşdu.
Buna görə də xəstəxananın direktoru Kamil Hacıyev inzibati qaydada 350 manat cərimə olunub.
K.Hacıyev məhkəməyə müraciət edərək iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş edib. Məhkəmə onun şikayətini təmin etməyib.
Xatırladaq ki, vaxtı ilə Bakı Sağlamlıq Mərkəzinin Cərrahiyyə şöbəsinin müdiri olmuş Kamil Hacıyev ötən ilin fevralında Qusar xəstəxanasına təyinat almışdı.
Kamil Hacıyev Qusara təyinat aldıqdan sonra adı bir neçə qalmaqalda hallanırdı. İşçilərin hüquqlarının pozulmasına görə də K.Hacıyev cərimələnib. Xəstəxanada vaxtı keçmiş dərmanların satılması ilə bağlı da iddialar var idi.
Musavat.com
29 Iyul 2025
28 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ