İnsanlara hürriyət, millətlərə istiqlal!

Kamala Harrisi 4556 nümayəndə dəstəklədi - namizədliyi qəbul olundu

ABŞ-nin vitse-prezidenti Kamala Harris Demokratlar Partiyasından prezidentliyə namizədliyini simvolik olaraq qəbul edib.

Musavat.com xəbər verir ki, partiyanın Çikaqo şəhərində keçirilən milli qurultayı zamanı təmsilçilərin səsvermə mərasimindən sonra onun namizədliyi qəbul etməsinə dair videomüraciəti nümayiş olunub. Harrisin çıxışı qurultayın sonuncu günü, avqustun 22-nə nəzərdə tutulub.

Demokratlar Partiyasının qurultayının nümayəndələri Kəmalə Harrisi ABŞ prezidentliyinə namizəd kimi rəsmən təsdiqləyiblər.

Vitse-prezident tələb olunan 1976 səsdən 4556 səs toplayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR