Onlayn ictimai-siyasi qəzet
Co Baydenin prezidentliyə namizədliyini geri götürməsi vitse-prezident Kamala Harrisin namizədliyinin irəli sürülməsi ermənipərəst mövqeli Harrisin hakimiyyətə gələcəyi halda ABŞ-Azərbaycan münasibətlərinin necə olacağı məsələsini gündəmə gətirir.
Politoloq Yusif Bağırzadə Musavat.com-a şərhində bildirib ki, ABŞ-ın seçki tarixində ilk dəfədir ki, prezidentliyə namizəd öz namizədliyini geri götürür və onun yerinə vitse-prezidentin namizədliyi irəli sürülür:
“Kamala Harrisin prezidentliyə namizədliyinin irəli sürülməsi, əslində, Demokratlar Partiyasına zərbədir:
“Çünki o, heç də yetərli qədər uğurlu namizəd deyil. Harrisin prezident seçilməsi ehtimalı çox yüksək deyil. Hətta o, seçilsə belə, onun prezident olması ABŞ-Azərbaycan münasibətlərinə ciddi təsir etməyəcək. Harrisin hakimiyyətə gəlməsi o demək olacaq ki, Bayden hakimiyyətinin kursu davam eləyəcək. Demokratlar həmişə erməni və yunan lobbisinin təsiri altında olublar. Ona görə də Demokratların Azərbaycana münasibəti həmişə Respublikaçıların münasibətilə müqayisədə sərin olub. ABŞ-Azərbaycan münasibətləri Respublikaçıların hakimiyyətdə olduqları zamanlarda daha yaxşı olub.
Kamala Harris də erməni lobbisinə yaxın fiqur kimi tanınır. Ümumiyyətlə, Kalifonrinayadan olan senatorlar, konqresmenlər xüsusilə ermənilərlə həmişə daha yaxın münasibətlərdə olurlar. Bu da onların Azərbaycan və Türkiyəyə münasibətlərinə təsir göstərir”.
Ekspert qeyd etdi ki, xanım Harrisin seçki kampaniyasına yarım gün ərzində 55 milyon dollara yaxın vəsiat toplansa da onun seçilməsi şansı Trampla müqayisədə azdır. Donald Trampın prezident seçilməsi şansı yüksəkdir.
Etibar Seyidağa,
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ