İnsanlara hürriyət, millətlərə istiqlal!

Kamal Kılıçdaroğlu zəlzələ bölgəsinə səfəri zamanı bu hərəkəti ilə gündəm oldu - VİDEO

Millət İttifaqının prezidentliyə namizədi Kamal Kılıçdaroğlu Ankara Böyükşəhər Bələdiyyə Başçısı Mənsur Yavaş ilə birlikdə zəlzələ bölgəsinə gedib.

Musavat.com xəbər verir ki, Kılıçdaroğlu Kahramanmaraşın Nurhak rayonunda zəlzələ qurbanları ilə görüşərkən onun üçün səsləndirilən şüarları əngəllədiyi anlar kameralara əks olunub.

Kamal Kılıçdaroğlu, Mansur Yavaş və partiya üzvləri Kahramanmaraşda zəlzələ qurbanları ilə görüşərkən yaşadıqları problemlər və çatışmazlıqlar haqqında məlumat toplayıb.

CHP lideri Kılıçdaroğlu ilə Mansur Yavaş görüşə gəldiyi dəqiqələrdə arxa cərgələrdən “Xalqın ümidi Kılıçdaroğlu” şüarları səslənib. Zəlzələ bölgəsində səsləndirilən bu şüardan narahat olan Kılıçdaroğlu vətəndaşlara tərəf dönüb və əli ilə “sus” işarəsi edib. 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR