Onlayn ictimai-siyasi qəzet
İyunun 19-da Türkiyənin Kahramanmaraş şəhərində "Azərbaycan məhəlləsi"nin açılış mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev insanların böyük sevgisi ilə qarşılaşıb.
Oxu.Az "Haber Global" telekanalına istinadla xəbər verir ki, mərasimdə iştirak edənlər Prezident İlham Əliyevə və Azərbaycan dövlətinə minnətdarlıqlarını bildiriblər.
Kahramanmaraşda zəlzələdən zərər görmüş bir sıra ailələrə yeni mənzillərin açarları təqdim olunması zamanı emosional anlar yaşanıb.
Açarların təqdimat mərasimində uşağın əvvəlcə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və sonra İlham Əliyevi qucaqlaması insanların üzlərində təbəssüm yaradıb.
Qeyd edək ki, 2023-cü ilin fevralın 6-da Kahramanmaraşda baş vermiş dağıdıcı zəlzələdən sonra Azərbaycanın dəstəyi ilə "Azərbaycan məhəlləsi" salınıb.
Daha ətraflı süjetdə:
20 Iyun 2025
19 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ