İnsanlara hürriyət, millətlərə istiqlal!

Kadırovun Ərdoğana absurd müraciəti - Ankaranın neytrallığı və...

“Türkiyə bu müharibədə mümkün qədər tərəf olmamağa çalışır”

Çeçenistan rəhbəri Ramzan Kadırov Türkiyə prezidenti R.T.Ərdoğana müraciət edərək “Azovstal” ərazisindən hərbçilərin təxliyəsinə şərait yaratmamağa çağırıb. O, bu barədə Teleqram kanalında paylaşım edib: “Rusiya müsəlmanları müsəlman ölkəsi olan Türkiyənin Ukraynaya ”Bayraktar" pilotsuz uçan aparatlarının tədarükü ilə bağlı xəbərdən kədərləndilərsə, təsəvvür edin ki, Türkiyə İslamın alovlu əleyhdarlarını və müxaliflərini evakuasiya etməyə hazırdır mesajını necə kəskin qəbul etdilər? Mən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edirəm. Azov - qatillər və Allahsızlardan ibarətdir. İndi onları Rusiya təcavüzünün günahsız qurbanları kimi sizə təqdim etmək istəyirlər. Sizin köməyinizlə mühakimə və layiqli cəzadan yayınmaq istəyən cinayətkarların aldanmasına imkan verməyin", - deyə Kadırov bildirib.

Bu müraciət ciddi hesab oluna bilərmi?

“Rusiya-Ukrayna müharibəsi başlayandan bu günə kimi Türkiyə dünyanın, o cümlədən özünün  müttəffiqləri olduğu NATO-nun digər üzvlərinin, Avropa ölkələrinin, ABŞ-ın tutduğu mövqedən tam fərqli olaraq, mövcud münaqişəni mümkün qədər sülh və danışıqlar yolu ilə yekunlaşdırmaq və atəşkəs rejiminin əldə olunmasına çalışıb”.

Xəyal Bəşirov yazır: Dizel yanacağı tökülərək diri-diri yandırılan və başı  kəsilən insanlar » Newscenter.az

Xəyal Bəşirov

Bu fikirləri Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Xəyal Bəşirov “Yeni Müsavat”a mövzuya dair danışarkən bildirib. O qeyd edib ki, Türkiyənin bu mövqeyi müəyyən müsbət nəticələr versə də, təəssüf ki, münaqişəni alovlandırmağa çalışan qüvvələrin atdığı addımlar prosesi nəticəsiz qoydu: “Sülh və danışıqlar prosesi demək olar ki, dondurulub. Halbuki Türkiyədə keçirilən 3 danışığın nəticəsi olaraq Rusiya və Ukrayna arasında müəyyən razılaşmalar əldə edilmişdi. Hər iki tərəf müəyyən öhdəliklərə əməl etmək şərtilə danışıqları davam etdirməyə razılaşmışdılar. Buna baxmayaraq, Türkiyə öz mövqeyini nümayiş etdirməyə davam edir. Qeyd etmək yerinə düşər ki, Türkiyə bu müharibədə mümkün qədər tərəf olmamağa çalışır, çünki hər iki ölkə ilə yaxşı münasibət qurub. Tərəf olarsa, münaqişə inkişaf edə bilər. Buna görə də Türkiyə mülkilərin zərər görməməsi üçün münaqişənin səngiməsinə çalışır. Onu da nəzərə almaq lazımdır ki, Türkiyə bu məsələdə ən maraqlı dövlətlərdən biri olmalıdır. Çünki Qara dəniz hövzəsində yerləşir, ən böyük sərhədə malikdir. Münaqişə başlayanda Bosfor və Dardanel boğazlarının açılması məsələlərində də Türkiyənin mövqeyi doğru idi. Hesab edirəm ki, kimin müraciət etməsindən asılı olmayaraq, Türkiyə mövqeyini qoruyacaq. Əgər orada həqiqətən mülki vətəndaşlar varsa, beynəlxalq hüquqa zidd əməllər olarsa, Türkiyə doğru bildiyi addımları atacaq”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR