İnsanlara hürriyət, millətlərə istiqlal!

Kadırov qatı düşməninin bütün kişilərini zorla cəbhəyə göndərdi

Çeçenistanda respublika rəhbəri Ramzan Kadırovu tənqid etməsi ilə tanınan Yanqulbayevlərin dörd fərdi zorla müharibəyə göndərilib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Kavkaz. Realii” saytı məlumat yayıb.

Qardaşlardan biri Abubakar Yanqulbayev öz Telegram kanalında vəziyyətlə bağlı danışıb. Onun sözlərinə görə, atasının 55 yaşlı qardaşı Səid-Əhməd Yanqulbayev, digər qardaşının iki oğlu- Adam və Yusup Yanqulbayevlər, üçüncü qardaşı Xasan Yanqulbayevin oğlu Ukraynada cəbhəyə göndərilir. Atalarının Adəm, Yusup və Xasandan başqa oğulları yoxdur. Xasan yeni doğulmuş uşaq atasıdır, Adəmin də kiçik uşağı var.

Səid-Əhməd və Adəmin cəbhəyə getməsi Ramzan Kadırov tərəfindən bu ilin avqustn 7-də yayımlanan xüsusi videoda da göstərilib. Kadırov onları “könüllülər” kimi təqdim edib. Kadırovun vidoeçarxı düşməninin acığına çəkdiyi heç kimdə şübhə doğrumur.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR