Onlayn ictimai-siyasi qəzet
"Novaya Qazeta"nın 22 yaşlı keçmiş jurnalisti Taisiya Şeremet İspaniyada vəfat edib.
Rusiya mətbuatına istinadən xəbər verir ki, qız nadir və ağır xəstəlikdən - kistik fibrozdan əziyyət çəkirmiş.
Erkən yaşlarından Şeremet həyatından və xəstəliyindən bəhs etdiyi bloq yaradıb. Anası bildirib ki, 2015-ci ildə qızı Moskva xəstəxanasına yerləşdiriləndə ona yalnız antibiotiklərlə müalicə təklif olunub, bu da ciddi fəsadlar, o cümlədən şiddətli qusma ilə nəticələnib.
2022-ci ildə qız Almaniya klinikalarından birində müalicə üçün Avropaya köçüb, burada ağciyər transplantasiyası planlaşdırılıb, lakin onun vəziyyətini stabilləşdirmək mümkün olmayıb.
Jurnalistin yaxınları onun son günlər İspaniya xəstəxanalarından birində reanimasiyada olduğunu bildiriblər./BAKU.WS/
13 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ