Onlayn ictimai-siyasi qəzet
Bu gün İrəvanın "Zvartnots" hava limanında fransız əsilli erməni jurnalist Leo Nikolyanın aclıq aksiyasının 21-ci günüdür.
Musavat.com bu barədə erməni KİV-ə istinadən xəbər verir. Bildirilir ki, onun vəziyyəti son dərəcə ağırdır.
Xatırladaq ki, Nikolyanın Ermənistana buraxılmasına icazə verilməyib. Etiraz əlaməti olaraq Nikolyan aclıq aksiyasına başlayıb və aeroportun tranzit zonasında qalmaqda davam edir. O, ölkəyə girişdən imtinanın səbəbləri ilə bağlı rəsmi yazılı cavab almayana qədər aclıq aksiyasını dayandırmayacağını bildirib.
Musavat.com
28 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ