Onlayn ictimai-siyasi qəzet
"Qarabağ"ın hücumçusu Juninyonun növbəti mövsümə harada başlayacağı dəqiqləşib.
Musavat.com Fanat.Az-a istinadən xəbər verir ki, braziliyalı hücumçunu bir neçə klub istəsə də, rəhbərlik onu satmamağı uyğun sayıb.
Tərəflər bugünlərdə məsələni bir daha müzakirə ediblər və Ağdam təmsilçisi ilə müqaviləsi olan Juninyo satılmayacağı barədə məlumatlandırılıb.
Qeyd edək ki, ötən ilin yayında Portuqaliyanın "Şaveş" klubundan alınan Juninyonun "Qarabağ"la müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ